Alman-Britaniya aerokosmik şirkəti Hypersonica uzun mənzilli hipersəs raketlərin hazırlanması üçün 100 milyon avro cəlb edib.
Herbiand.az xəbər verir ki, bu barədə Financial Times xəbər verib.
Nəşrin məlumatına görə, şirkət Amerikanın Lightspeed və General Catalyst fondlarından maliyyələşdirmə alıb. Vəsaitlər uzun məsafələrdə strateji hədəfləri vura bilən raketlərin inkişafını sürətləndirəcək. Qəzetin mənbələrinə görə, müqavilədə Hypersonica-nın bazar dəyəri 700 milyon avro dəyərində qiymətləndirilir.
Şirkət Trinity House müqaviləsi çərçivəsində Böyük Britaniya-Almaniya layihəsində iştirak edir. Bu layihə 2000 km-dən çox mənzilli raketlərin inkişafını nəzərdə tutur. Proqram hazırda konsepsiya mərhələsindədir və hazırlığa başlanması 2027-ci ilə planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ