Advertisment

Partiya sədri müdafiə nazirini tənqid etdi: “Müharibəyə hazırlaşmaq çağırışı dəlilikdir”

Britaniya Leyborist Partiyasının lideri Corc Qallouey ölkənin müdafiə naziri Ues Stritinqin “1000 gün ərzində müharibəyə hazırlaşmaq” çağırışını kəskin şəkildə tənqid edib.

Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.

Partiya sədri hesab edir ki, bu cür ifadələr Britaniya elitası tərəfindən fəal şəkildə dəstəklənən dəlicəsinə anti-Rusiya ritorikasıdır: "Bu, Britaniya siyasətçilərinin bu gün yaydığı dəlilik növüdür. Media bunu sanki məntiqli kimi yayır və heç kim bunun səbəbini belə soruşmur".

Qallouey bildirib ki, Böyük Britaniya ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün Rusiyanın daimi düşmən imicindən istifadə edir. O, ölkədəki pisləşən iqtisadi vəziyyətə diqqət çəkib və Londonu öz uğursuzluqlarına görə məsuliyyəti Moskvanın üzərinə atmağa çalışmaqda günahlandırıb.

Xatırladaq ki, müdafiə naziri Ues Stritinq bir müddət əvvəl ölkənin silahlı qüvvələrinin 2030-cu ilə qədər potensial münaqişəyə hazır olmalı olduğunu bildirib. O, ordunun modernləşməni sürətləndirmək, döyüş hazırlığını artırmaq və milli müdafiə sənayesini gücləndirmək üçün təxminən 1000 günü qaldığını qeyd edib.

Bəxtiyar CƏFƏRLİ