Çexiyanın sursat istehsal edən Czechoslovak Group sənaye və texnologiya holdinqi soyuq müharibə dövrünün fabriklərini bərpa etməklə genişlənməyi planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə şirkətin xarici əlaqələr üzrə direktoru Yan Hamaçek bildirib.
O deyib ki, şirkət digər məsələlərlə yanaşı, Lavrionda Yunanıstana məxsus Hellenic Defence Systems müdafiə şirkəti ilə birgə müəssisələr açacaq və Valsrode şəhərindəki Almaniyanın mülki nitrosellüloza zavodunu hərbi məqsədlər üçün istifadəyə verəcək. Şirkət həmçinin, Qnaşvitsdə enerji materialları istehsal edəcək zavod satın alıb.
Hamaçek vurğulayıb ki, holdinq bununla Avropada 155 mm-lik sursat istehsalı üçün tələb olunan bütün vacib komponentlər üzərində nəzarəti təmin etməyə çalışır.
Bəxtiyar CƏFƏRLİ