NATO-nun baş katibi Mark Rutte Rusiyanın Avropa ölkələrindən daha çox silah ala bilmək gücündə olduğunu bildirib. O, Rusiyanın və Qərbin hərbi büdcələrinin müqayisəsini aparıb.
Herbiand.az bildirir ki, baş katib bu barədə Niderlandın NPO 1 televiziya kanalında danışıb.
Rutte deyib ki, Rusiyanın alıcılıq qabiliyyəti onlardan daha yüksəkdir: “Bu, onların iqtisadiyyatının strukturlaşması ilə bağlıdır. Onlar bu pulla daha çox şey ala bilərlər”.
Bu fonda NATO rəhbəri Avropa avtomobil istehsalçıları ilə hansı hərbi məhsullar istehsal edə biləcəklərini müzakirə etməyin vacibliyindən danışıb: “Qərb ölkələri cəmi bir neçə il ərzində sursat istehsalını altı dəfə artıra biliblər. Lakin qırıcı təyyarələr və tanklar da daxil olmaqla daha mürəkkəb avadanlıqların istehsalı vaxt tələb edir”.
Bəxtiyar CƏFƏRLİ