Rusiya ordusu 31 oktyabr - 6 noyabr tarixləri arasında Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli hədəflərə, o cümlədən enerji və nəqliyyat infrastrukturu obyektlərinə bir kütləvi və 11 qrup zərbəsi endirib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr Ukrayna hərbi sənaye obyektlərini, logistika mərkəzlərini, Ukrayna ordusu tərəfindən istifadə edilən enerji və nəqliyyat infrastrukturu obyektlərini, qanadlı raketlər, yerüstü robot sistemləri, pilotsuz uçuş aparatları üçün istehsal müəssisələrini və saxlama yerlərini, sursat anbarlarını, eləcə də Ukrayna silahlı qüvvələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə ərazilərini hədəf alıb.
Bundan əlavə, hərbi yüklərin qəbulu, saxlanması və paylanmasını təmin edən Ukrayna liman infrastruktur obyektləri də sıradan çıxarılıb.
Bəxtiyar CƏFƏRLİ