İranın dövlət televiziyası ABŞ ordusuna məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının vurularaq zərərsizləşdirildiyini açıqlayıb.
Herbiand.az xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) PUA-nın Hörmüz boğazı üzərində yeni hava hücumundan müdafiə sistemi vasitəsilə ələ keçirildiyini açıqlayıb.
Məlumata görə, bu, müharibə başlayandan bəri İran qüvvələri tərəfindən vurulan 58-ci ABŞ MQ-9 pilotsuz uçuş aparatıdır.
Qeyd edək ki, bu məlumat İran tərəfinin açıqlamasına əsaslanır. ABŞ hələlik hadisə ilə bağlı təsdiqedici açıqlama verməyib.