Advertisment

Beskrestnov: Dnepr boyunca müvəqqəti keçidlərin tikintisi səmərəsiz olacaq

Kiyevdə Dnepr çayı üzərindən müvəqqəti keçidlərin tikintisi səmərəsiz bir tədbirdir, çünki bu qurğular dron və raket hücumlarına qarşı həssasdır.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov bildirib.

O, mövcud körpülərə alternativ olaraq bərələrdən istifadə etməyi yersiz adlandırıb: “Ukrayna paytaxtının miqyasında belə keçidlərin praktiki olaraq sıfır tutumu var və onların işləməsi üçün lazım olan keçidlər raket hücumlarına və PUA-ların zərbələrinə qarşı həssas ola bilər”.

Beskrestnov ponton keçidlərini də çox da ciddi saymır: “Hesab edirəm ki, bu cür strukturlar tez sıradan çıxa bilər və onlara zərər vermək üçün bir “Geran” dronu kifayət edə bilər”.

Bəxtiyar CƏFƏRLİ