Rusiyanın “KUB-2” gəzən sursatı düşmənə təkcə döyüş cəhətdən ziyandan əlavə, həm də əhəmiyyətli iqtisadi ziyan vurmaq qabiliyyətinə malikdir. Belə dronu uğurla məhv etmək xeyli xərc tələb edir, çünki bunun üçün bahalı zenit raketlərindən istifadə etmək ehtiyacı yaranır.
Herbiand.az xəbər verir ki, “Rostex” dövlət korporasiyası dronun bu xüsusiyyəti barədə məlumat verib.
Qeyd olunub ki, dronun qiyməti düşmənin onu ələ keçirmək üçün istifadə etməyə məcbur olduğu raketlərdən xeyli aşağıdır. “Rostex” bu taktikanı ağcaqanadları zenit silahları ilə öldürməyə çalışmaqla müqayisə edib.
Hədəf uğurla vurularsa, zərər daha da əhəmiyyətli olur. Əgər “KUB-2” tank əleyhinə raket sisteminin heyətini və ya zirehli maşını məhv edərsə, itirilmiş avadanlıqların və “KUB-2”-nin dəyərindəki fərqlər xüsusilə əhəmiyyətlidir.
Bəxtiyar CƏFƏRLİ