Advertisment

22 il milli maraqların və vətənpərvərliyin keşiyində-QHT sədri “Hərbi and” qəzetini təbrik etdi

“Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev “Hərbi and” qəzetinin redaksiya heyətini təbrik edib.

Herbiand.az xəbər verir ki, QHT sədri qəzetin fəaliyyət göstərdiyi 22 il ərzində dövlətçilik, azərbaycançılıq və milli maraqların müdafiəsi istiqamətində ardıcıl mövqe nümayiş etdirdiyini bildirib.

“”Hərbi and” qəzeti gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərin təbliğinə və ordu-cəmiyyət münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verib.

Qəzet 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi Zəfərini, qələbə xəbərlərini və xalqımızın qəhrəmanlıq salnaməsini oxuculara çatdıran informasiya vasitələrindən biri olub.

Bu gün də qəzet şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial hüquqlarının müdafiəsi, onların problemlərinin ictimaiyyətə çatdırılmasına informasiya dəstəyi göstərir.

Qəzet eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına, ictimai təşəbbüslərin işıqlandırılmasına və dövlətlə cəmiyyət arasında sağlam informasiya mühitinin formalaşmasına xidmət edir. Arzu edirəm ki, qəzet bundan sonra da müstəqil jurnalistika prinsiplərinə, milli maraqlara və obyektiv informasiya siyasətinə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirsin.

"Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyi adından qəzetin təsisçisinə, rəhbərliyinə və bütün yaradıcı kollektivinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzunömürlü nəşr həyatı arzulayıram”, – deyə Təbriz Ağayev vurğulayıb.

Aydın

Herbiand.az