Ermənistanda yeni qanun layihəsi təklif edilib.
Herbiand.az xəbər verir ki, bu qanun layihəsini erməni deputat Hayk Sarkisyan təklif edib.
Ermənitanda hərbi mükəlləfiyyətli şəxslər 27 yaşadək hərbi xidmətdən keçməlidir. Əgər şəxs 27 yaşa qədər hərbi xidmət keçməyibsə, o zaman şəxs:
24 ay müddətində hərbi xidmət keçməlidir,
12 ay müddətində hərbi xidmət keçərək 2,5 milyon dram (10566 manat) ödəməli,
6 ay müddətində hərbi xidmət keçərək 5 milyon dram(21132 manat) ödəməli,
1 ay müddətində hərbi xidmət keçərək 10 milyon dram(42265 manat) ödəməli,
Hərbi xidmət keçməmək üçün 15 milyon dram (63397 manat) ödəməlidir.