Rusiya Federal Təhlükəsizlik xidməti fevral və mart aylarında Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının 42 bölgəsində qanunsuz silah ticarəti ilə məşğul olan 150 şəxsi saxlayıb və 41 yeraltı silah emalatxanasını bağlayıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat verib.
Həmçinin, qanunsuz dövriyyədən 364 odlu silahın müsadirə edildiyi bildirilib: 4 pulemyot, 7 qumbaraatan, 49 avtomat, 140 tapança və revolver, 164 tüfəng, karabin və ov tüfəngi. Bundan başqa, 185 qumbara, 36 kq-dan çox partlayıcı maddə (trotil, barıt) və müxtəlif kalibrli 31000-dən çox patron da müsadirə edilib.
Bəxtiyar CƏFƏRLİ