Advertisment

Avstraliya müdafiə xərclərini ÜDM-in 3,5%-ə çatdırmalıdır - Pentaqon

ABŞ Avstraliya hökumətindən müdafiə xərclərini mümkün qədər tez ÜDM-in 3,5%-nə çatdırmağı xahiş edir.

Herbiand.az bildirir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset Avstraliyalı həmkarı Riçard Marleslə ötən həftə Sinqapurda “Şanqri-La dialoq” forumu çərçivəsində baş tutan görüşdə bu fikirlə çıxış edib.

Avstraliyanın müdafiə naziri mediaya bildirib ki, amerikalı həmkarı onu hərbi xərcləri artırmağa çağırıb, lakin nə qədər olduğunu dəqiqləşdirməyib.

Tərəflər həmçinin, Hind-Sakit okean regionunda təhlükəsizlik investisiyalarının uyğunlaşdırılması, ABŞ-ın Avstraliyadakı hərbi mövcudluğunun artırılması təşəbbüslərinin sürətləndirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini müzakirə ediblər.

Bəxtiyar CƏFƏRLİ