Advertisment

Çin Rusiyanın Ukraynaya hədələrindən narahatdır

Çin Xarici İşlər Nazirliyi Moskvanın Kiyevə qarşı kütləvi raket zərbələri endirməklə bağlı təhdidlərinə cavab olaraq "müvafiq tərəfləri" hərbi əməliyyatların artmasından çəkinməyə çağırıb.

Herbiand.az “Ukrinform”a istinadən xəbər verir ki, bununla bağlı  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Moskvanın Kiyevə qarşı kütləvi raket zərbələri endirməklə Ukraynadakı müharibəni daha da qızışdırmaqla bağlı yeni təhdidlərini şərh edərkən bildirib: "Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi (Çinin rəsmi olaraq Rusiyanın Ukraynaya qarşı müharibəsini belə adlandırması) ardıcıl və aydındır. Biz inanırıq ki, dialoq və danışıqlar münaqişənin həlli üçün yeganə mümkün vasitədir”.

Çinin Rusiyanın şantajına boyun əyib səfirlik diplomatlarını Kiyevdən təxliyə edib-etməyəcəyi sualına mətbuat katibi nə müsbət, nə də mənfi cavab verib.