Advertisment

Şoyqu: “Sarmat”ın uğurlu sınaqları Qərbin coşğunluğunu yumşaldacaq

“Sarmat” qitələrarası ballistik raketin sınaqları Qərb strateqlərinin yanaşmasına təsir edəcək.

Herbiand.az bildirir ki, bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurası katibləri Komitəsinin iclasında verib.

"Əminəm ki, bu yaxınlarda “Sarmat” ballistik raketin uğurlu sınaqları və ötən həftə keçirilən nüvə təlimləri Qərb strateqlərinin coşğunluğunu yumşaldacaq, onları Rusiya və müttəfiqlərinə qarşı avantüralı siyasətlərinin potensial nəticələrinə ayıq baxmağa məcbur edəcək", - Şoyqu vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ