Advertisment

Son bir həftə ərzində Rusiya hərbçiləri 5 yaşayış məntəqəsini ələ keçirib

Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında 5 yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıblar.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Son bir həftə ərzində “Şimal” qüvvələr qrupunun bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində Xarkov bölgəsindəki Voloxovka və Şesterovka yaşayış məntəqələri üzərində nəzarət yaradılıb. “Qərb” qüvvələr qrupunun bölmələri aktiv hücum əməliyyatlarını davam etdiriblər. Onlar Xarkov bölgəsindəki Borovaya və Kutkovka yaşayış məntəqələrini azad ediblər. Dünən “Şərq” qüvvələr qrupunun bölmələrinin aktiv hücum hərəkətləri nəticəsində Zaporojye bölgəsindəki Verxnyaya Tersa yaşayış məntəqəsi azad edilib", - Müdafiə Nazirliyi bildirib.

Bəxtiyar CƏFƏRLİ