Advertisment

"Türkiyə-Ermənistan sərhədi bu vaxt açılacaq" - SƏFİR

Türkiyə-Ermənistan sərhədi 7 iyun seçkilərindən sonra açılacaq.

Bu məlumatı Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. 

Səfir Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma proseslərinin paralel getdiyini bildirib. 

O, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Konstitusiyaya dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağının gözlənildiyini deyib.