Advertisment

4 ayda narkotiklə bağlı 3061 cinayət aşkarlanıb, 92,4 mln. manatlıq narkotik dövriyyədən çıxarılıb

2026-cı ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3061 cinayət faktı aşkarlanıb.

 

Herbiand.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

 

Onlardan 702-si narkotik vasitələrin qanunsuz satışı, 2343-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 14-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 529 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 92 milyon 440 min AZN kimi qiymətləndirilir.

 

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1505 nəfər cəlb edilib, onlardan 1473 kişi, 32 qadın olub.

 

Məsuliyyətə cəlb edilmiş 21 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 811,238 qr və 24 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

 

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 62 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 869 kq 645,525 qr narkotik vasitə çıxarılıb.

 

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 70-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 723 kq 077,3 qr narkotik vasitə və psixotrop maddə və 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.

 

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilin.

 

O da bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 280, QİÇS-lə Mübarizə Mərkəzində 291, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 696 xəstə müalicə alır.