Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
FHN-dən Herbiand.az-a verilən xəbərə görə, maarifləndirmə tədbirləri Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Abşeron və Xızı rayonlarının, Şimal-qərb RM tərəfindən isə Qobustan rayonunun sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.