COVID-19 pandemiyasından sonra Azərbaycanın qeyri-neft sektoru 6,5 faiz artıb. Bu il üçün də artım tempi nəzərdə tutulur.
Herbiand.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, son 6 ildə qeyri-neft ixracı artıb. Biz ölkənin ÜDM-də də oxşar meyillərini görürük. Onun sözlərinə görə, sosial iqtisadi strategiyanın uğuru beynəlxalq kredit agentliyinin nəticələrində özünü büruzə verib.
"Biz on illik ərzində qeyri-neft sektoruna 345 milyard dollar yatırmışıq. Söhbət daxili və xarici investisiyalardan gedir. İnanırıq ki iqtisadiyyatımız sabit artım mərhələsinə daxil olub. İnvestisiya iqliminin və etibarlılığının yüksəlməsi Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təsdiq olunub. Forumda 10 milyard dollardan çox sazişlər bağlanıb", - deyə nazir qeyd edib.
Nazir diqqətə çatdırıb ki, bu il Azərbaycan milli süni zəka baxışlarını qəbul edən ölkələr sırasına qoşulub: "Biz süni zəkanın inkişafı, məsuliyyəti, rəqəmsal transformasiyanin təkan verilməsinə töhfə verən tərəf kimi tanınmışıq. Süni zəka yeni texnologiyaları yayır. Bunun vasitəsilə yaşayış, iş, tədris dünyası dəyişir. Biz qlobal meyillərə təkan verməliyik, digər nailiyyətlər üzərində mübarizə aparmalıyıq".