Advertisment

KTMT ölkələri yeni silahlar üzrə əməkdaşlığı razılaşdıracaqlar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan) hərbi münaqişələrdə yeni silah növlərinin tətbiqi ilə bağlı yaranan təhlükələrə qarşı birgə mübarizə aparacaqlar.

Herbiand.az bildirir ki, bu, belə silahların öyrənilməsi, məlumat mübadiləsi və istifadəsində dövlətlərarası əməkdaşlığı nəzərdə tutur.

Komitənin rəhbəri Anatoli Vıbornı “İzvestiya”ya bildirib ki, oktyabrın 7-də Sankt-Peterburqda KTMT Parlament Assambleyasının müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının iclasında bu sazişə baxılması planlaşdırılır.

O qeyd edib ki, hazırda xarici xüsusi xidmət orqanlarının, terrorçu və ekstremist qrupların Rusiyaya və KTMT-dən olan qonşularımıza qarşı kəşfiyyat və təxribat fəaliyyəti hədsiz dərəcədə güclənib: “Bizim təhlükələrdən bir addım öndə olmaq üçün yaxından əməkdaşlıq etmək və texnologiya, ən son silahlar üzrə təcrübə və kəşfiyyat məlumatlarını mübadilə etməyimiz vacibdir. Aidiyyəti orqanlar tədbirlərini görür”.

Bəxtiyar CƏFƏRLİ