Advertisment

Azərbaycan və Belarus Ağdamda birgə aqroşəhərcik üzrə işçi qrup formalaşdırıb

Azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə agroşəhər layihəsi üzərində işlər davam edir.

Herbiand.az -ın xəbərinə görə, bunu bu gün Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov bildirib.

Qeyd edilib ki, Baş plan təsdiqlənib və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrup formalaşdırılıb.