Tbilisi Şəhər Məhkəməsi müxalif Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının rəhbəri Levan Xabeişvilini həbsdə saxlayıb.
Herbiand.az xəbər verir ki, müxalifətçinin işi üzrə istintaq müddəti uzadıldığından məhkəmə onun barəsində həbs qətimkan tədbirinin qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.
İş üzrə növbəti məhkəmə prosesi dekabrın 9-na təyin olunub.
Qeyd edək ki, L.Xabeişvili sentyabrın 11-də saxlanılıb. Sentyabrın 13-də Tbilisi Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Siyasətçi vəzifəli şəxslərə rüşvət vəd etməkdə və hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunur.