Advertisment

Qəbələdə 59 yaşlı qadını avtomobil vuraraq öldürüb

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Herbiand.az  xəbər verir ki, hadisə dünən saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində qeydə alınıb. İslam İsbəndiyarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Herbiand.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.