Advertisment

Beynəlxalq Enerji Agentliyi: Rusiyanın Avropaya boru kəməri ilə qaz tədarükü 45% azalıb

Rusiyanın Avropa İttifaqına boru kəməri ilə qaz tədarükü 2025-ci ilin birinci–üçüncü rüblərində Ukrayna üzərindən qaz tranzitinin dayandırılması fonunda illik müqayisədə 45% (yaxud 10 milyard kubmetr) azalıb.

 

Bu barədə Herbiand.az Beynəlxalq Enerji Agentliyinin (IEA) “Qaz 2025. Təhlil və 2030-cu ilə qədər proqnozlar” hesabatına istinadən xəbər verir.

 

Hesabata əsasən, 2025-ci ilin birinci–üçüncü rüblərində Rusiyanın boru kəməri ilə qazının Avropanın qaz tələbatındakı payının 10%-dən aşağı olduğu təxmin edilir.

 

“Avropa İttifaqına Şimali Afrikadan boru kəməri ilə qaz tədarükləri əsasən sabit qalıb, TAP (Trans-Adriatik boru kəməri) vasitəsilə gələn Azərbaycan qaz axınları isə 2025-ci ilin birinci–üçüncü rüblərində 2% (yaxud 0,2 milyard kubmetr) azalıb”, - hesabatda qeyd olunur.

 

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.