Advertisment

AB gələcəkdə Ukrayna ordusunun təlimini Avropadan Ukraynaya köçürəcək

Avropa hərbi rəsmiləri atəşkəs əldə edildikdən sonra Ukrayna əsgərlərinin təlimini Avropadan Ukraynaya köçürmək, eləcə də təlimi potensial olaraq yeni təhlükəsizlik mühitinə uyğunlaşdırmaq planlarını hazırlayırlar.

Herbiand.az xəbər verir ki, bunu Euractiv-ə müsahibəsində Avropa Birliyinin (AB) Hərbi komitəsinin sədri, general Şon Klensi bildirib.

Onun sözlərinə görə, Rusiya ilə atəşkəs əldə olunacağı təqdirdə AB-nin Ukrayna Əsgərləri üçün Hərbi Təlim Missiyası (EUMAM) inkişaf etməli olacaq.

Klensi vurğulayıb ki, EUMAM bloku Ukraynaya ordusunu gücləndirməklə təhlükəsizlik zəmanətləri verməsi üçün konkret bir yoldur: “Məlumdur ki, AB-nin yüksək vəzifəli hərbi rəsmiləri hazırda EUMAM təlimlərini Ukraynaya köçürməyi planlaşdırırlar, lakin bu, yalnız şərtlər imkan verdikdə baş verəcək. Çünki döyüşlər bitənə qədər heç nə baş verə bilməz. Təlimin köçürülməsinin planlaşdırılması ideyası bir ildən çox əvvəl irəli sürülmüşdü, lakin AB üzv dövlətləri yekunda təklifi dəstəkləməmək qərarına gəldilər. İndi ABŞ administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq üçün yenilənmiş səyləri bu ideyaya yeni təkan verib və planlaşdırılma davam edir”.

Bəxtiyar CƏFƏRLİ