Rus ordusu T-80BVM tanklarını TMT-K mina kotanı ilə, T-72B3 tanklarını isə metal kabellərlə bükülmüş üst quruluşlu KMT-7 mina kotanı ilə təchiz ediblər.
Herbiand.az xəbər verir ki, sosial media rusların tanklarını dron hücumlarından necə qorumağa çalışdıqlarını göstərib.
Qeyri-adi “kirpi” tankların fotosu Vodoqray Telegram kanalı tərəfindən dərc edilib.
Rus ordusu hücum “kirpilərini” kütləvi kabel əsaslı anti-dron mühafizəsi və elektron müharibə sistemləri ilə əhatə ediblər. Əsas məqsəd müasir cəbhədə geniş istifadə olunan FPV dronlarını neytrallaşdırmaqdır.
Lakin mütəxəssislər deyirlər ki, belə mühafizə döyüş maşınının çəkisini və ölçülərini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda rahat istifadəni azaldır.
Bəxtiyar CƏFƏRLİ