Türkiyə Xarici İşlər Nazirliyi İsraili Qəzza sektorunda atəşkəs rejiminə riayət etməyə çağırıb və bunun bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıdığını bildirib.
Bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.
“İsrailin Qəzza sektorundakı hücumları atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır. Bu hücumlar nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı xəbərlər bizi dərin narahat edir. Atəşkəs rejiminə tam riayət olunması davamlı sülh ümidini qorumaq və regional təhlükəsizliyi təmin etmək üçün həyati əhəmiyyət kəsb edir. İsraili bir daha sülh və sabitliyi pozan addımlardan çəkinməyə çağırırıq,” – deyə nazirlik qeyd edib.