Advertisment

“Ruslar idarə olunan aviabomba zərbələrinin sayını xeyli artırıb” - Ukrayna MN

Bu ilin ilk 10 ayında rus işğalçıları bütün keçən il ərzində atdıqları qədər idarə olunan aviasiya bombaları atıblar.

Herbiand.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Telegram-da yazdığına görə, oktyabr ayında Rusiya işğalçıları Ukrayna ərazisinə idarə olunan aviabomba zərbələrinin sayını kəskin şəkildə artırıblar.

“Son bir ay ərzində qoşunlarımızın mövqelərinə və cəbhəyanı şəhərlərə 5328-dən çox KAB (idarə olunan hava bombaları - red.) atılıb. Bu, 2025-ci ilin əvvəlindən bəri bir ayda ən yüksək rəqəmdir”, - məlumatda qeyd olunub.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfindən hava terrorunun artdığını qeyd edib: “Konkret olaraq, 10 ay ərzində düşmən artıq 40 minə yaxın aviabomba atıb. Bu, bütün ötən illə eyni rəqəmdir”.

Bəxtiyar CƏFƏRLİ