KillNet və Beregini haker qrupları 6 Ukrayna sığorta şirkətinə qarşı genişmiqyaslı kiber əməliyyat həyata keçiriblər.
Herbiand.az xəbər verir ki, nəticədə onlar Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bir neçə hərbi hissəsinin yerləri və adları haqqında məlumatları oğurlayıblar.
Ümumiyyətlə, hakerlər qrin-kartlar, əmlak sığortası, avtomobillər haqqında məlumatlar, sürücülük vəsiqələri, eləcə də foto və videolar daxil olmaqla, fiziki və hüquqi şəxslər haqqında məlumatları özündə əks etdirən 10 milyondan çox sənədlərə giriş əldə ediblər.
Bəxtiyar CƏFƏRLİ