Advertisment

Britaniya Ukraynaya Storm Shadow raketlərinin yeni partiyasını göndərib

Böyük Britaniya hökuməti bu yaxınlarda Rusiya ərazisinə zərbələri dəstəkləmək üçün Ukraynaya Storm Shadow qanadlı raketlərinin əlavə partiyasını təhvil verib.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən xəbər verir.

Məqalədə deyilir: “Raket tədarükü Ukraynanın qışdan əvvəl kifayət qədər təchizata malik olmasını təmin etmək üçün həyata keçirilib. Çünki Britaniya Kremlin Ukraynanın mülki vətəndaşlarına hücumlarını gücləndirəcəyindən narahatdır”.

Təhvil verilən raketlərin konkret sayı açıqlanmayıb.

Bəxtiyar CƏFƏRLİ