Advertisment

Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakının Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək “Changan” markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən talandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.