Advertisment

Yaponiyadakı təlimlər zamanı yeni raket sistemi təsadüfən görüntülənib - FOTO

Yaponiyadakı təlimlər zamanı yeni MPMS Kai raket kompleksi təsadüfən videoya düşüb. Kompleksin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılıb.

Herbiand.az bildirir ki, bu barədə Military Japan telegram kanalı məlumat yayıb.

11-25 sentyabr tarixlərində Yaponiyada keçirilən Resolute Dragon 2025 təlimləri zamanı Yaponiya quru özünümüdafiə qüvvələrinin 8-ci piyada diviziyasının mətbuat xidməti təsadüfən yeni sistemin yerləşdirilməsini göstərən video yayımlayıb. Mətbuat xidməti daha sonra videonu redaktə edərək MPMS Kai raket sisteminin görüntülərini silib.

Lakin, internetdə yeni raket sisteminin buraxılış qurğusunun yaxın planını göstərən bir fraqment qalıb.

Bəxtiyar CƏFƏRLİ