Advertisment

Bu ilin əvvəlindən Qazaxıstanda 26 mindən çox sayt bloklanıb

Qazaxıstanda ilin əvvəlindən bəri 26 mindən çox veb-sayt və 64 milyona yaxın şübhəli zəng bloklanıb.

Herbiand.az Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məlumat “Taraz” forumunda kriptovalyuta platformalarının istifadəsi ilə bağlı cinayətlərin araşdırılması metodlarına həsr olunmuş müzakirələr zamanı təqdim edilib.

Tədbirdə çıxış edən Qazaxıstan Daxili İşlər nazirinin müavini Sanjar Adilov iqtisadiyyatın rəqəmsallaşdırılmasının imkanlarla yanaşı, yeni risklər də yaratdığını qeyd edib. Son iki ildə Qazaxıstanda kriptovalyuta dövriyyəsi ilə bağlı 1000-dən çox cinayət işi qeydə alınıb. Bunların 60%-i fırıldaqçılıq, 25%-i kriptovalyuta birjaları tərəfindən qanunsuz fəaliyyət və 15%-i rəqəmsal aktivlər vasitəsilə çirkli pulların yuyulması hallarıdır.

Nazir müavini qeyd edib ki, ölkədə kibercinayətkarlığa qarşı mübarizə üçün kompleks sistemli tədbirlər həyata keçirilir. Şübhəli onlayn resursları və telefon nömrələrini müəyyən etmək və bloklamaq üçün Antifrod Mərkəzi yaradılıb.