Advertisment

Belçikada milyonlarla abunəçinin telefonlarının məlumatları oğurlanıb

Milyonlarla Belçika sakini, o cümlədən Avropa Komissiyasının işçiləri və digər Aİ rəsmiləri yerləri barədə məlumatların internetdə açıq olduğunu aşkar ediblər.

Herbiand.az bildirir ki, bu barədə Echo nəşri yazıb.

“Milyonlarla belçikalının yeri barədə məlumatlar sındırılıb və internetdə yenidən satılıb. Bunların arasında Belçikada işləyən avropalı məmurların məlumatları da var ki, bu da həmin qurumların təhlükəsizliyini potensial təhlükə altına alır”, - məlumatda bildirilir.

Məkan məlumatları abunəçilərin smartfonlarından oğurlanıb. Jurnalistlər sızan məlumatları təhlil edərək Aİ qurumlarında işləmiş və ya işləyən ən azı beş nəfərin, o cümlədən yüksək vəzifəli məmurların həyat tərzi və vərdişləri haqqında məlumat əldə edildiyini öyrəniblər.

Avropa Komissiyası belə məlumatların ticarətindən narahat olduğunu bildirib və əməkdaşlarına işlərində, şəxsi smartfonlarında olan parametrlərlə bağlı yeni tövsiyələr verib.

Bəxtiyar CƏFƏRLİ