Advertisment

Nəsimi rayonunda dələduzluq edən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3 min 500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.