Advertisment

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə tədbir keçirilib

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Böyük Britaniya, Cənubi Koreya, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan və Ukrayna hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Qonaqlara mərkəzlə bağlı ətraflı məlumat verilib və Azərbaycan Ordusunun fəaliyyətinin əks etdirən videoçarx təqdim olunub.

Sonra mərkəzdə fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil edilib. Nümayəndə heyəti muzeylərdə nümayiş etdirilən fotoşəkillər və tarixi eksponatlarla tanış olub.