İsrail ordusu Livanın cənubunda Hizbullahın istifadə etdiyi yeraltı infrastruktura və silah anbarına zərbələr endirib.
Herbiand.az xəbər verir ki, "sözügedən obyektlər mülki yaşayış məntəqələrinə yaxın ərazidə yerləşir və mülki şəxsləri canlı qalxan kimi istifadə etmək məqsədi güdür".
“Terrorçu Hizbullah təşkilatı Livan ərazisi boyu öz terror infrastrukturunu yenidən qurmağa çalışır. Bu terror obyektlərinin və Hizbullahın fəaliyyətinin mövcudluğu İsrail və Livan arasında əldə olunan razılaşmaların pozulması deməkdir. İsrail ordusu istənilən təhdidi aradan qaldırmağa və İsrail dövlətini qorumağa davam edəcək”, - İsrail ordusunun bəyanatında qeyd olunub.