Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ sammitinin təxirə salınması Donald Trampın aldığı “pərdəarxası hesabatlar”la bağlı olub.
Herbiand.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, müsahibə Rusiya XİN-nin saytında dərc olunub.
“Amerika lideri bu pərdəarxası hesabatları haradan və kimdən alıb, bundan sonra Budapeşt sammitini ya təxirə salıb, ya da ləğv edib, mənə məlum deyil”, - Lavrov vurğulayıb.
XİN rəhbəri həmçinin, təsdiqləyib ki, hazırlıqlar əvvəlki danışıqların nəticələrinə əsaslanarsa, Moskva sammiti Macarıstanda keçirməyə hazırdır: “Sammit yalnız diqqətlə hazırlanmış gündəlikə baş tuta bilər”.
Bəxtiyar CƏFƏRLİ