Advertisment

“Almaz-Antey” Dubay Airshow 2025 sərgisində qabaqcıl HHM sistemlərini nümayiş etdirəcək

“Almaz-Antey” Hava Hücumundan Müdafiə Konserni 17-21 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Dubay Airshow 2025 beynəlxalq aerokosmik sərgisində iştirak edəcək.

Herbiand.az bildirir ki, bu barədə şirkətin mətbuat xidməti açıqlayıb.

Qeyd edilib ki, konsern sərgidə qabaqcıl hava hücumundan müdafiə sistemlərinin genişmiqyaslı nümayişini təqdim edəcək. Ziyarətçilər S-400 “Triumph” uzaq mənzilli hava hücumundan müdafiə raket sisteminin maketini görə biləcəklər. Həmçinin, “Viking” orta mənzilli hava hücumundan müdafiə raket sistemi də nümayiş olunacaq. Digər eksponatlar arasında “Tor-E2” və “Tor-M2K” hava hücumundan müdafiə sistemlərinin modelləri, eləcə də yük maşını şassilərinə, yarımqoşqulara və gəmi göyərtələrinə quraşdırılmış “Tor-M2KM” avtonom döyüş modulları da var.

“Almaz-Antey” həmçinin, yerüstü hədəf aşkarlama avadanlıqlarının nümunələri olan “Fara-VR”, “Sova”, 1L277 radar sistemlərini, eləcə də “Aistenok”, SNAR-10M1, 1L260-E və 1K148E radarlarının modellərini təqdim edəcək.

Bəxtiyar CƏFƏRLİ