Advertisment

Rusiya və Myanma gəmiləri birgə təlimlərə başlayıb

Rusiya Sakit okean donanmasına daxil olan “Marşal Şapoşnikov” freqatı, “Qremyaşi” korveti və “Boris Butoma” tankerindən ibarət bölmə “Marumex-2025” birgə təliminin dəniz mərhələsində iştirak etmək üçün Myanmanın ərazi sularından Andaman dənizinə yola düşüb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, Rusiya və Myanma Hərbi Dəniz Qüvvələri arasında dəniz təliminin rəsmi açılış mərasimi 12 noyabr tarixində Tilava limanında baş tutub. Bundan sonra tərəflər dənizdə praktiki təlimləri planlaşdırıb və razılaşdırıblar. Hər iki ölkənin gəmilərinin heyətləri futbol, ​​voleybol və basketbol üzrə yoldaşlıq oyunları keçiriblər, həmçinin iştirakçı gəmilərə qarşılıqlı səfərlər təşkil edilib.

Gəmi heyəti növbəti iki gün ərzində birgə manevrlər, simulyasiya edilmiş düşmən sualtı qayıqlarını axtarmaq, aşkarlamaq və izləmək, eləcə də artilleriya və torpedo atəşi ilə bağlı döyüş təlimləri zamanı komandanlıq və nəzarəti məşq edəcəklər. Hər iki ölkənin antiterror qrupları yoxlama əməliyyatlarında iştirak edəcək və “piratlar” tərəfindən ələ keçirilmiş gəminin xilas edilməsini məşq edəcəklər.

Myanma Hərbi Dəniz Qüvvələrini təlimdə “Muttamma” desant-vertolyot dok gəmisi, “Kyansitta” freqatı, “Tabinşvethi” korveti və “Minye Theyn Kha Tu” sualtı qayığı təmsil edəcək.

Bəxtiyar CƏFƏRLİ