Advertisment

Fransada özəl hərbi şirkətlər qanuniləşdirilib

Fransa özəl hərbi şirkətlərin (ÖHŞ) fəaliyyətini qanuniləşdirib. Artıq belə şirkətlər münaqişə zonaları da daxil olmaqla, beynəlxalq missiyalarda milli silahlı qüvvələrə kömək edə biləcək və ya onları tamamilə əvəz edəcəklər.

Herbiand.az bildirir ki, TASS agentliyi bu barədə “Fransa Respublikasının rəsmi jurnalı”nda dərc olunmuş 31 oktyabr 2025-ci il tarixli 2025-1030 nömrəli Fərmana istinadən məlumat verib.

Sənəddə ÖHŞ-lər “Silahlı Qüvvələr Nazirliyinin istinad operatorları” kimi təsvir olunur. Fərmana əsasən, onların iştirakı “dəyişən geosiyasi kontekstdə Fransanın təsirini qorumaq və inkişaf etdirmək” üçün zəruridir. ÖHŞ-lər beynəlxalq hərbi əməkdaşlıq sahəsində “dövlətin hərəkətlərini müşayiət etmək və genişləndirmək” üçün çağırılır.

Fərman Fransa Müdafiə Nazirliyinə bu şirkətlərə tərəfdaş dövlətlərin ordularına təlim keçmək, məşq etdirmək, dəstəkləmək və ya döyüş hazırlığını qorumaq üçün missiyalar həvalə etməyə imkan verir.

Fərman 2 noyabrda qüvvəyə minib.

Bəxtiyar CƏFƏRLİ