Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2022-ci ildən bəri saxlanıldığı Tbilisi klinikasından çıxarılıb və cəzasını standart qaydada çəkməyə davam edəcəyi 12 saylı İslah Müəssisəsinə (Rustavi Həbsxanası) geri göndərilib.
Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidməti çərşənbə, 12 noyabrda öz rəsmi Facebook səhifəsində məlumat yayıb.
Paylaşımda Saakaşvilinin səhhətinin hazırda "qənaətbəxş" olduğu və buna görə də "artıq stasionar müalicəyə ehtiyac duymadığı" bildirilib. Qərar verilərkən Gürcüstan Penitensiar Xidməti siyasətçinin müalicə həkiminin qərarına istinad edib.