Advertisment

Bolqarıstanın ilk yeni nəsil korvetinin dəniz sınaqları başlayıb

Bolqarıstan Hərbi Dəniz Qüvvələrinə məxsus ilk MMPV sinifli çoxməqsədli patrul gəmisinin Qara dənizdə sınaqları başlayıb.

Herbiand.az bildirir ki, “Cəsur” (“Xrabrıy”) adlı gəminin 2025-ci ilin sonuna qədər xidmətə başlaması planlaşdırılır.

Mütəxəssislər Qara dənizdəki sınaqlar zamanı hərəkətverici sistemi, elektronika və naviqasiya alətlərini sınaqdan keçirəcəklər.

MMPV sinifli gəmilərin gövdəsinin uzunluğu 90 metrdir. Silahlanmaya 76 mm-lik top dayağı, dörd RBS-15 gəmi əleyhinə raket, VL MICA zenit raket kompleksi, yaxın məsafəli 35 mm-lik döyüş modulu və yüngül 324 mm-lik torpedalar daxildir. İnteqrasiya olunmuş döyüş sistemi İsveçin Saab şirkəti tərəfindən təmin edilir.

Anqarda AS-565MB “Panther” helikopterini yerləşdirmək mümkündür. Ekipaj uçuş heyəti də daxil olmaqla təxminən 70 nəfərdən ibarətdir.

Bəxtiyar CƏFƏRLİ