Ermənistan parlamenti bu gün iclas keçirə bilməyib.
Herbiad.az erməni mənbələrinə istinadən xəbər verir ki, kvorumun olmaması səbəbindən dörd günlük parlament iclasının davam etməsi mümkün olmayıb.
Qeyd edək ki, parlament müxalifətinin nümayəndələri iclasda iştirak etsə də, hakim Vətəndaş Müqaviləsi Partiyasından olan bir çox deputatlar iclasa gəlməyib.
Bu gün parlament üzvləri 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsini davam etdirməıi idi.