Advertisment

Moskva hava limanlarında uçuşlara məhdudiyyət tətbiq edilib

Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hava limanlarında məhdudiyyətlər tətbiq edilib.