“Kalaşnikov” konserni 5.45 mm AK-12 (2023-cü il modelli) avtomatının 2025-ci il üzrə istehsal müqaviləsini tam yerinə yetirib.
Herbiand.az bildirir ki, konsernin mətbuat xidmətindən verilən məlumata görə, bu məhsullar dövlət sifarişçisinə vaxtında və tam şəkildə göndərilib.
5.45 mm kalibr üçün hazırlanmış AK-12 avtomatı daha yüksək dəqiqlik və çeviklik təklif edir. AK-12 tam avtomatik rejimdə dəqiqədə 650, üç gülləli atəş rejimində isə dəqiqədə 1000 güllə atış sürətinə malikdir. Silah AK-74/RPK-74 ilə eyni güllə daraqlardan istifadə edir.
Bəxtiyar CƏFƏRLİ