Bu gün və sabah "Naxtel"in təqdim etdiyi xidmətlərdə müvəqqəti fasilələr olacaq.
Bu barədə Herbiand.az -a şirkətdən bildirilib.
Qeyd edilib ki, fasilələrə səbəb texniki işlərin aparılmasıdır. İşlər bitdikdən sonra xidmətlər normal rejimdə davam edəcək.
Qeyd edək ki, "Naxtel" MMC Naxçıvan MR-da telekomunikasiya xidmətləri göstərir. Bu ilin sentyabr ayında şirkət tekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb. Buna görə də abunəçilərə 15 dekabr tarixinə qədər öz nömrələrini "Azercell", "Bakcell" və ya "Nar" şəbəkələrinə daşımaları tövsiyə edilib.