Advertisment

Azərbaycanda iqtisadi artım 1,6%-ə çatıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə 116,32 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çoxdur.

Herbiand.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.

 

ÜDM istehsalının 34 %-i sənaye, 10,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i tikinti, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 %-ni təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 11 356,4 manata bərabər olub.