Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Türk dünyasına “Xəzər” təklifini irəli sürüb.
APA xəbər verir ki, Orta Asiyada istehsal olunacaq bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Xəzərin qərb hissəsinə daşınmasını nəzərdə tutan “Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətinə toxunan Bayraktar, enerjinin Türkiyə vasitəsilə Avropaya çatdırılmasında Xəzər dənizinin mühüm rol oynayacağını bildirib:
“Biz bu mövzuda Azərbaycan, Gürcüstan və Bolqarıstan ilə birlikdə çalışırıq. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan da öz aralarında müvafiq razılaşma imzalayıblar.
Türkiyə və Qırğızıstanın da iştirakı ilə bu əməkdaşlıq daha da məntiqli və güclü olacaq. Bu layihə vasitəsilə regionun potensialını gerçəkləşdirərək istehsal olunan elektrik enerjisini əvvəlcə Türkiyə bazarına, daha sonra isə Avropaya çatdıracağıq. Xəzərin Türk Dünyasını ayırmasına deyil, onu birləşdirməsinə nail olmalıyıq”-deyə nazir qeyd edib.