Advertisment

Cənubi Koreyanın sahil donanması 4 patrul gəmisi ilə güclənir

Dekabrın 8-də Pusandakı HJ Heavy Industries gəmiqayırma zavodunda ikinci nəsil dörd yeni “Chamsuri” sinif patrul gəmisi (Batch II) suya salınıb.

Herbiand.az bildirir ki, onlar sahil müdafiəsini gücləndirmək və gərgin dəniz bölgələrində Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sürətli reaksiya imkanlarını artırmaq üçün nəzərdə tutulub.

Rəsmilər yeni qayıqları sahilyanı qüvvələrin modernləşdirilməsində mühüm addım kimi qiymətləndiriblər.

Qəbul sınaqları 2026-cı ilin əvvəlinə qədər davam edəcək. Bundan sonra qayıqlar 30 ildən artıq sularda patrulluq edən birinci nəsil “Chamsuri” sinifli qayıqları əvəz edəcək.

Qayıqların uzunluğu 45 metrdir. Silah arsenalına 130 mm-lik idarə olunan raket buraxılış qurğusu, 76 mm-lik artilleriya sistemi və 12,7 mm-lik pulemyotu olan uzaqdan idarə olunan silah stansiyası daxildir. Qayıqlar həmçinin, qabaqcıl elektron döyüş sistemləri ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ